Müsəlmanlar
Allah elə bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın?

Allah elə bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın?

Sual: Ateistlər bu sualla Allahın varlığına etiraz edirlər: “Allahın gücü hər şeyə çatırsa, qaldıra bilməyəcəyi bir daş yarada bilərmi?”. Əgər: “Yarada bilər”, - deyə, cavab versəniz, belə deyirlər: “Allah həmin daşı qaldıra bilməz, o halda hər şeyə gücü çatmır. Bu hal Allahın qədir (hər şeyə qadir olmaq) sifəti ilə ziddiyyət təşkil etdiyi üçün Allah yoxdur.” Əgər: “Yarada bilməz”, - desəniz, buna cavab kimi: “Deməli, Allah hər şeyə qadir deyil. Bu hal da Allahın əsas sifəti ilə ziddiyyət təşkil edir. Belə çıxır ki, Allah yoxdur.”, - deyirlər. Biz müsəlmanlar bu cür insanlara nə deyə bilərik?

Cavab: Bu kimi insanlar Allahın var və bir olduğunu yaxşı bilirlər. Amma Allahı özlərinə oxşadıb Onunla yarışmağa cəhd edirlər.

Allah belə buyurur:

“Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz. (Nəh, 16/74)

“Ona oxşayan bir şey yoxdur. O, Eşidəndir, Biləndir.” (Şura, 42/11)

“Ona tay bir şey yoxdur!” (İxlas, 112/4)

Allah Təalanın qədir sifəti Onun məxluqata istədiyi gücü verib sərhədlər müəyyən etməyini bildirir. ((İbn Faris, Mucəmu-l-məqayis fi-l-luğa.)) İnsanın elmi də, güc-qüvvəsi də məhduddur; müəyyən bir həddi var. Quranda bununla bağlı olaraq belə deyilir:

“Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər.” (Bəqərə, 2/255)

“De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı.” (Kəhf, 18/109)

“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, düzgün qərar verəndir.” (Loğman, 31/27)

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Sualınızla əlaqədar olaraq aşağıdakı cavaba da nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/3978.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.