Müsəlmanlar
Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır?

Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır?

Sual: Mən bazarda corab satıram. Bəzi corablar insanın ayağını sıxır, bəziləri isə çox rahatdır. Bu halda alıcıya satdığım corabın bütün xüsusiyyətlərini deməliyəm? Deyim ki, hər alıcıya bunları uzun-uzadı başa sala bilmərəm, praktiki olaraq mümkün deyil. Bu məsələni dini cəhətdən necə qiymətləndirmək lazımdır?

Cavab: Satış üçün nəzərdə tutulmuş malların müəyyən standardı olur. Standarddankənar hallarda alıcıya məlumat vermək lazımdır. Belə hallarda əgər alıcı mala baxıb bəyənirsə, əlavə bir izahat verməyə ehtiyac yoxdur. Əgər sual soruşsa, ona cavab vermək lazımdır.

Alıcıları aldatmaq, onlara səhv məlumat vermək, malı satmaq üçün yalan danışmaq olmaz. Bu, İslam dini baxımından qəbuledilməzdir. Odur ki, sizin də bu amilləri nəzərə almağınız vacibdir.

http://www.muselmanlar.com/fitvalar/al-ver

http://www.muselmanlar.com/fitvalar/is-heyati

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.