Müsəlmanlar
Başa məsh çəkməmiş alınan dəstəmazla qılınan namaz səhihdir?

Başa məsh çəkməmiş alınan dəstəmazla qılınan namaz səhihdir?

Sual: Mən namaz qılıb qurtardım. Sonra yadıma düşdü ki, dəstəmaz aldığım vaxt başıma məsh çəkməmişəm. Bu halda qıldığım namaz düzgün olurmu? Yoxsa onu təzədən qılmalıyam?

Cavab: Xeyr, səhih deyil. Çünki başı məsh etmək dəstəmazın fərz (vacib) əməllərindən biridir. Əgər yaddan çıxartmış və namazı bu cür qılmışsınızsa, yadınıza düşdüyü vaxt təzədən dəstəmaz alıb namaz qılmalısınız. Əgər bunu xatırlamasanız, bir eybi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.