Müsəlmanlar

Bəzək üçün xaç taxmaq olar?

Sual: Mənim yoldaşlarımdan biri xristianlığın rəmzi olan xaç işarəsini sadəcə olaraq xoşuna gəldiyinə görə bəzək kimi taxmaq istəyir. O belə edə bilərmi? Bu məsələ dini baxımdan necə qiymətləndirilir?

Cavab: Xeyr, taxa bilməz. Çünki xaç işarəsi bir dinin – xristianlığın simvoludur. Müsəlman bir insan hansı məqsədlə olursa olsun, başqa bir dini təmsil edən simvolları boynuna taxa bilməz. Peyğəmbərimiz Muhəmmədin (s. a. v.) dövründə Ədiyy ibn Xətm adlı bir şəxs boynuna taxılı qızıl bir xaçla peyğəmbərin yanına daxil oldu. Peyğəmbər ona:

“Ədiyy! At o putu, – dedi. ((Tirmizi, Təfsirul-Quran, 10.))

Buna əlavə olaraq peyğəmbərimizin bu hədislərini də unutmamaq lazımdır:

“Kim bir qövmə oxşasa, artıq o da onlardandır”. ((Əbu Davud, Libas, 4.))

“Bizdən başqasına bənzəyən bizdən deyil”. ((Tirmizi, İstizan, 7.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.