Sual: Quranın Hucurat surəsinin ilk 2 ayəsini nə cür başa düşmək lazımdır?
Cavab: Gəlin, həmin ayələrə birlikdə nəzər yetirək:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ
“Ey iman gətirənlər! Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir.
Ey iman gətirənlər! Səsinizi peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də bilmədən əməlləriniz hədər olar.”
Bu ayələri aşağıdakı kimi başa düşmək lazımdır:
1-ci ayədə “rəsul: elçi” sözü var. Rəsul ona gələn ilahi buyuruqları təbliğ edir. Yəni, elçilik edir. Bu halda elçinin dedikləri Allahın sözləridir. Elə isə Qurandan qabağa keçməmək, Allah Quranda nə buyurursa, onu yerinə yetirmək lazımdır. Allahın Öz ayələri ilə müəyyən etdiyi hədləri (sərhəd) aşmamaq lazımdır.
2-ci ayədə isə “nəbi: peyğəmbər” sözü işlədilib. Rəsul sözü yuxarıda da qeyd etdiyimiz kimi, elçi deməkdir. Nəbi isə vəhy alan, özünə kitab verilən deməkdir. Allah bütün nəbilərə kitab nazil etdiyini bildirir. Nəbi Allah tərəfindən kitab aldıqdan sonra onun hökmlərini həyata keçirməyə (hikmət) görə də cavabdehdir. Rəsul isə kitabda deyilənləri olduğu kimi insanlara çatdırmağa görə cavabdehdir. Elə isə bir peyğəmbər bütün gün (24 saat) nəbidir. Amma bütün gün rəsul deyil.
Burada deyilir ki, özünüzü Allahın və elçisinin qabağına atmayın, Allahdan qorxun və gətirdiklərinə tabe olun. Səsinizi də vəhyi gətirən peyğəmbərin səsindən yüksəyə qaldırmayın. Belə etməklə həm gələnə həm də onu gətirənə hörmətsizlik etmiş olarsınız. Eyni zamanda qəlbində xəstəlik olanlar elçinin gətirdiyini dəyərsizləşdirmək məqsədiylə küçə hərəkətləri və sözləri ilə incidə bilər ya da bu cür niyyətləri olmayan kobud danışığı olan bədəvilər də olduğu üçün böyüklərə qarşı danışıq tərzinin fərqli olacağı öyrədilir. Peyğəmbərlə bir-birinizlə danışdığınız kimi danışmayın. Əks təqdirdə, özünüz də hiss etmədən əməlləriniz puç olub gedər. Digər ayədə bir mömin üçün peyğəmbərin dəyəri belə ifadə edilməkdədir: ““Peyğəmbər möminlərə canlarından əzizdir. Zövcələri isə möminlərin analarıdır.” (Əhzab 33/6.)
Bu səbəblə dəyərli insanların yanında həm onun dəyərini qorumaq həm də öz dəyərlərimizi itirməmək üçün danışıq qaydalarını bilməliyik. Çünki, bir insanın danışıq üslubu onun qarşısındakına hörmətinin və aldığı tərbiyəsinin ölçüsünü göstərir.
Qısa desək, bu ayələri yuxarıda izah edildiyi kimi başa düşmək lazımdır.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.