Müsəlmanlar

Bir nəfər mirasını uşaqlarından təkcə birinə vəsiyyət edə bilər?

Sual: Mən dul bir qadınam. Bir oğlum, bir də qızım var. Oğlum axmağın biridir. Qızım isə başsız qadındır. Bu halda mən öləndən sonra evimin qızıma qalmağını istəyirəm. Oğluma heç nə vermək istəmirəm. Mənim bu addımım dini cəhətdən nə dərəcədə düzgün olar?

Cavab: Xeyr, bu hərəkət düzgün deyil. Əgər siz evinizi sağlığınızda qızınıza hədiyyə etsəniz, siz öldükdən sonra oğlunuz bunu yenə də ləğv etdirə bilər. Buna haqqı var. Bu halda mirasın bölüşdürülməsi düzgün qaydada yerinə yetirilər.

Oğlunuzu mirasdan məhrum edə bilməzsiniz. Heç kəs heç bir övladını mirasdan məhrum edə bilməz. İstər onlar günahkar olsun, istərsə olmasın.

Bir sözlə, İslam dinində uşaqları mirasdan məhrum etmək kimi bir anlayış yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.