Sual: Ruzi nədir? Quranın müxtəlif ayələrində rast gəldiyimiz “rizq” sözü ilə gündəlik danışıqda işlətdiyimiz “ruzi” sözü eyni mənanı daşıyır? Bəs pul necə? O da ruzidir? Mən sualımı bir misal verib konkret hala gətirmək istəyirəm: Dövləq qulluqçusu işləyirəm. İmtahana girdim və müvəffəq oldum. A təşkilatından B təşkilatına keçdim. Əgər istəsəydim, imtahandan aldığım qiymətlə maaşı indiki maaşımdan çox olan bir işə girərdim. Ancaq mən bunu etməkdənsə, öz rayonumuzda işləməyi üstün tutdum. Belə olan halda mən ruzimi özüm müəyyən etdim? Bu məsələni dini cəhətdən necə qiymətləndirmək olar?
Cavab: Allah insanlar üçün ruzi qazanmaq imkanlarını yaradır. İşləməyən heç bir şey qazana bilməz.
Tutalım ki, bir evin yaxınlığında bir əkin sahəsi var. Onu da, insanı da Allah yaradıb. Su da verib, insana ağıl-kamal da. Əgər insan o sahədə nəsə əksə və məhsulun yetişməyi üçün lazımi işləri görsə, təbii ki, məhsul götürər. Ancaq işləməsə, buna nail ola bilməz. Necə deyərlər, işləməyən dişləməz.
Sualınıza gəldikdə bu, sizin öz seçiminizdir. Dövlət qulluqçusu olmaq və filan yerdə işləmək də belədir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri))
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/2012.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.