Sual: Məni maraqlandıran bir məsələ var: Həzrəti Muhəmməd peyğəmbər oğurluq edənlərin əlini kəs(dir)ib?
Cavab: Bu məsələ ilə əlaqədar Quran ayəsi budur:
“Etdikləri əməlin müqabilində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müdrikdir.” (Maidə, 5/38)
Hədis kitablarında qeyd edilir ki, Muhəmməd peyğəmbər yuxarıdakı ayəyə müvafiq olaraq oğurluq edənlərin əllərini kəsib və kəsdirib.
Bu hədislərdən bəziləri belədir:
“Allahın elçisi dörddə birdən az və bir az çox olmaqla oğrunun əlini kəsirdi.”
“Oğrunun əli ancaq dörddə birdən az və bir az daha çox nisbətdə kəsilir.” ((Hədisi həzrəti Aişə nəql edib. Mənbə: Müslim, Hüdud, 1(1684), Buxari, Hüdud, 14; Əbu Davud, Hüdud, 12; Tirmizi, Hüdud, 16.))
Sualınızla əlaqədar olaraq aşağıdakı cavabı da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/4128.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.