Müsəlmanlar
Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər?

Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər?

Sual: Mən Almaniyada yaşayıram. Oğlumu sünnət etdirmək istəyirəm. Yaxınlığımızda bu işi görən müsəlman həkim yoxdur. Bu halda mənim uşağımı müsəlman olmayan bir həkim sünnət edə bilər? Əgər edə bilərsə, həmin vaxt hansısa duanı oxumaq lazımdır?

Cavab: Özü müsəlman olmayan bir həkim müsəlman uşaqlarını sünnət edə bilər. Bu məsələdə dini cəhətdən bir problem yoxdur.

Sünnət vaxtı təkbir gətirmək, müəyyən bir duanı oxumaq və ya bir mərasim keçirmək də şərt deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.