Müsəlmanlar
Namazda oxunan Quran surələrini mələk Cəbrayıl öyrədib?

Namazda oxunan Quran surələrini mələk Cəbrayıl öyrədib?

Sual: Mələk Cəbrayıl Muhəmməd peyğəmbərə namaz qıldırdığı vaxt ona namazda oxunan Quran surələrini də öyrədib, yoxsa yox?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, bizim bu məsələ ilə bağlı bir məlumatımız yoxdur. Namazda Quran oxumağımızın səbəbi onun (namaz ibadətinin) qılınmaq qaydası ilə əlaqədar bir zikr olmağıdır. Allah Musa peyğəmbərə (ə. s.) belə bir tapşırıq vermişdi:

وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

“Namazı məni zikr etmək üçün qıl.” (Taha 20/14)

Zikr sözü bir məlumatı əlaqədar olduğu şeylərlə birlikdə yaddaşda hazır saxlamaq deməkdir. Yaddaşda hazır saxlanmalı olan əsl məlumat isə Allahın kitabında olan məlumatdır. Buna görə də Zikr ilahi kitabların müştərək adıdır. Quranda belə deyilir:

“Baxın! Ürəklərin aram olub rahatlıq tapmağı Allahın zikri ilə baş verir.” (Rəd, 13/28)

Peyğəmbərimizin bizə öyrətdiyi dualar da zikrdir. Namazda həm onlar, həm də Quran ayələri oxunmalıdır. Buna görə də Quran ayələrini bilməyənlər sadəcə olaraq bildikləri zikrlərlə namaz qıla bilərlər.

Allah səfər vaxtı düşmən qorxusunun yarandığı hallarda qılınan 1 rükətli namazdakı zikrləri yerinə yetirdikdə bədənin hansı vəziyyətdə olacağına dair belə deyir:

فَإِذَا قَضَيْتُمُ الصَّلاَةَ فَاذْكُرُواْ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ

“O namazı qıldığınız vaxt Allahı ayaq üstə olanda da, oturanda da, uzananda da yad edin.” (Nisa 4/103)

Bu ayəyə əsasən zikr namazda qiyam, rüku, səcdə, iki səcdə arasında, axırıncı qədə və onların arasında yerinə yetirilməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.