Sual: 10 yaşında bir uşaq var. Atası öldü. Uşağa atasından miras qaldı. Həmin mirasdan uşağın anası da istifadə edə bilər?
Cavab: Bir adam ölsə, arvadı və 1 uşağı qalsa, arvadı mirasın səkkizdə birini özünə götürür. Əgər ölən adamın ata və anası kimi başqa varisləri yoxdursa, qalan səkkizdə yeddilik payı uşaq alır.
Ana uşağın malından onun dolanışıq xərclərini ödəyə bilər. Əgər özünün ehtiyacı varsa, göstərdiyi xidmətin müqabilində ağıl və dinin vacibatına müvafiq olaraq uşağına aid olan mal-mülkdən istifadə edə bilər.
Allahın yetimlərin malları ilə əlaqədar hökmləri var. Həmin hökmlərdə müsəlmanlara xəbərdarlıq edilir. Deyilir ki, yetimlərin mallarını haqsız yerə yemək olmaz. O ayələrdən bəziləri belədir:
“Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin.
Yetimləri evlənmək çağına gələnə qədər himayə edib sınayın; əgər onlarda ağıl-kamal baxımından bir yetkinlik görsəniz, mallarını dərhal özlərinə verin. Böyüyüb mallarını alacaqlar deyib həmin malları israfla və tələm-tələsik əldən verməyin. Varlı olan (vəli) iffətli olmağa çalışsın; yoxsul olan da (ehtiyac və əməyinə) müvafiq olaraq yesin. Onların mallarını özlərinə verdiyiniz vaxt yanlarında şahid tutun. Haqq-hesab soruşan olaraq Allah yetər.” (Nisa, 4/5-6)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.