Müsəlmanlar

Qurana əsasən kimlər qurban kəsməlidirlər?

Sual: Qurani-Kərimə əsasən qurban kəsmək hər bir müsəlmana vacibdir? Məsələyə maddi gəlir baxımından yanaşdıqda kimlər qurban kəsməlidirlər?

Cavab: Allah Quranın Həcc surəsinin 34-cü ayəsində belə buyurur:

“Biz hər bir ümmət üçün qurban kəsmək ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver!”

Buradan belə çıxır ki, insanın əlində lazımi imkan olmalıdır. Əgər yoxdursa, borca düşüb qurban kəsməyə ehtiyac yoxdur.

Burada bir məsələ də var. Ayədə ümmət sözü var. Peyğəmbərimiz (s. a. v.) bəzən bütün ümmət adından bir qurban kəsib, elə vaxt da olub ki, özü adından da əlavə bir qurban kəsib. Bir sözündə də deyib ki, hər ailə bir qurban kəsməlidir. Burada imkanı olan ailə nəzərdə tutulur.

Deməli, qurban kəsmək vacibdir. Amma hər müsəlmanın hər il yerinə yetirməli olduğu bir şey deyil. İmkanı olan və qurban kəsənlər bu ibadəti yerinə yetirdiklərinə görə savab qazanırlar. İmkanı olmayan, yəni, kəsməyən də hansısa bir günaha batmır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Qurbanla əlaqəli digər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.