Müsəlmanlar
Muhəmməd peyğəmbərin neçə hədisi var?

Muhəmməd peyğəmbərin neçə hədisi var?

Sual: Mən bir yazıda oxumuşam ki, həzrəti Əbu Bəkrin dövründə sadəcə olaraq 500 hədis olub. Yəni, yazıda qeyd olunmuşdu ki, qalan hədislər sonradan uydurulub. Belə olan halda, həmin 500 hədis hansı hədislərdir? Hədislərin sayında çoxalma var? Bu məsələ ilə əlaqədar hər hansı bir tədqiqat aparılıb?

Cavab: Hədislərin sayı ilə əlaqədar namizədlik dissertasiyası yazan və bunu bir kitab halında nəşr edən dosent Mustafa Karataş belə bir nəticəyə gəlib ki, peyğəmbərimizin dövründə rəvayət sahəsindəki hədislərin 5000-dən (500 deyil, 5000) artıq olduğunu demək qeyri-mümkündür. Təbii ki, burada say deyərkən, təkrar edilməyən hədislərin sayı nəzərdə tutulur. Mustafa Karataşın fikrincə, bu rəqəm təkrarlarla birlikdə Kutubu-Tisa ((Doqquz Kitab: Buxari, Müslim, Tirmizi, Əbu Davud, İbn Macə, Nəsai, Darimi, Muvatta, Əhməd ibn Hənbəl.)) adlandırılan məşhur 9 hədis kitabında təxminən 10000 qədərdir; əshabələrin və tabeinin sözləri də daxil olmaqla təkrar edilməyən ümumi hədis sayı 30000-dən çox deyil. Sonralar isə müxtəlif rəvayət və yaxud təkrarlanmaq yolu ilə hədislər çoxalmış və hicri 3-cü əsrdə 1500000 ədədə çatmışdır. ((Mənbə: Mustafa Karataş, Rivayet Tekniği Açısından Hadislerin Artması ve Sayısı, nəşr edilməmiş dissertasiya, İstanbul 1998, s. 230-231.))

Biz ilk dövrdəki 5000 hədisi müəyyənləşdirən və bunları “səhih hədis (mötəbər)”, “zəif hədis” və “mövzu hədis (uydurma)” formasında qruplaşdıran hər hansı bir tədqiqat aparılıb aparılmadığını bilmirik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.