Müsəlmanlar
Xeyriyyə təşkilatı qurban ətini sata bilər?

Xeyriyyə təşkilatı qurban ətini sata bilər?

Sual: Bəzi insanlar qurban kəsib ətini xeyriyyə təşkilatlarına bağışlayırlar. Yaxud da onlara diri heyvan verirlər. Həmin təşkilatlar isə əti qəssaba satırlar. Belə etmək dini baxımdan nə qədər düzgündür?

Cavab: Qurani-Kərimin Həcc surəsinin 34 və 36-cı ayələrinə əsasən bir ibadət forması kimi qurban məsələsində əsas cəhət qoyun, keçi, inək və dəvə növündən olan heyvanların üstündə Allahın adını çəkmək və onların qanını axıtmaqdır. Odur ki, xeyriyyə təşkilatlarına, eləcə də Quran kurslarına verilən, yəni, bağışlanan heyvanlar kəsilən kimi qurban ibadəti yerinə yetirilmiş hesab olunur. Bu o deməkdir ki, qurban kəsilən heyvanların ətləri artıq həmin təşkilatlara məxsusdur. Çünki onlara bu haqqı heyvanları bağışlayan tərəf verir. Elə isə xeyriyyə təşkilatlarını idarə edən şəxslər digər ehtiyaclarını ödəmək üçün həmin ətləri bir şeylə dəyişdirə və yaxud sata bilərlər. Bunda hansısa bir qəbahət yoxdur.

QEYD: Burada söhbət Türkiyədə yerləşən xeyriyyə təşkilatları və qurban bayramı ərəfəsində onlara bağışlanan qurbanlıq heyvanlardan gedir. Lakin bu qəbildən olan kampaniyalar digər (bəzi) ölkələrdə də həyata keçirilir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.