Müsəlmanlar
Sağmal inək saxlayan heyvandarlar zəkatı nə cür verməlidirlər?

Sağmal inək saxlayan heyvandarlar zəkatı nə cür verməlidirlər?

Sual: Mən heyvandarlıqla məşğul oluram. Çoxlu sağmal inəyim var. Hamısı yaxşı süd verir. Sualım belədir: Sağılan heyvanlardan zəkat vermək lazımdır? Yoxsa südündən qazanılan puldan zəkat verilməlidir? Bəlkə, bu cür heyvanları bir ustanın iş gördüyü vaxt işlətdiyi alətlər kimi qəbul etmək lazımdır?

Cavab: Süd üçün saxlanan inəklər saimə xüsusiyyətinə malik olmadığı üçün, yəni, ilin demək olar ki, hamısını bağlı bir yerdə keçirdiyi və yem ilə qidalandığına görə onlara zəkat düşmür.

Bu işi görən insanların satdıqları süd və süd məhsullarının pulu nisab miqdarına çatırsa, zəkat verməlidirlər.

*Saimə: İlin yarısından çoxunu çöl və otlaqlarda otlayıb keçirən heyvan. 6 ay və daha az otlayaraq qidalanan heyvanlar saimə hesab olunmur. Ona görə də onlara zəkat düşmür. ((Mənbə: Ömer Nasuhi Bilmen, Böyük İslam elmihalı.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.