Müsəlmanlar
Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar?

Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar?

Sual: Quranın Tur surəsində deyilir ki, həddi-büluğ dövrünə çatmadan ölən uşaqlar cənnətdə ailələrinin yanında olacaqlar. Görəsən, hələ dünyaya gəlməmiş (ana bətnində ölən və yaxud abortla götürülən) uşaqlar da buna daxildirlər, yoxsa yox?

Cavab: Bir uşağın insan kimi tərif olunması üçün ona ruhun üflənməyi lazımdır. Ruhun üflənməyi isə (bu məsələ ilə əlaqədar Quran ayələrini birlikdə təhlil etdikdə məlum olur ki) hamiləliyin 102-103-cü günündə baş verir. Elə isə ana bətnində ölən uşaq bu vaxtdan sonra ölübsə, sizin qeyd etdiyiniz kateqoriyaya daxil ola bilər. Çünki Allah Təala bizə onların artıq insan hesab olunduğunu bildirir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.