Sual: Sağ olan amma özü Həccə gedə bilməyən bir nəfərin yerinə təvaf etmək və savabını ona bağışlamaq mümkündür?
Cavab: Biz həyatda olan, yaxud da ölən müsəlmanlar üçün sadəcə olaraq dua edə bilərik. Heç kəsin ibadətinin başqasına aidiyyəti yoxdur. Çünki Allah Təala belə deyir:
“İnsana ancaq öz əməyi qalar.” (Nəcm, 53/39)
Başqası üçün təvaf edənin savabı ancaq özünə aiddir; başqasına məxsus deyil.
Bu, başqasının əvəzinə su içməyə oxşayır. Məgər su içən və: “Mən bu suyu filankəs üçün içdim”, – deyən insan həmin şəxsin susuzluğunu aradan qaldırır? Əlbəttə ki, xeyr!
Təvaf dua deyil, ibadətdir. Təvafda təbii ki, dua edilir. Bunda bir problem yoxdur. Biz müsəlmanlar onsuz da namazda həm özümüz, həm də digər möminlər üçün Allaha dua edirik.
Başqasının əvəzinə təvaf etmək və vəkil olub həcc ziyarətini yerinə yetirməklə əlaqədar hədis bu məsələdə əsas (dəlil) götürülə bilməz. Yəni, o dərəcədə mötəbər bir hədis deyil. Əksinə, mübahisəlidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.