Sual: Bəzi yerlərdə qadınlar öz aralarında pul, ya da qızıl yığır və bunun üçün xüsusi toplanış günü təyin edirlər. Bu yığıncaq adətən ayda bir dəfə keçirilir və hər ay bir qadın qızılları özünə götürür. Bu hal növbə ilə davam edir. Bu məsələdə dini cəhətdən bir problem var?
Cavab: Qızıl günü keçirməyin (xalq arasında buna lotereya oynamaq da deyilir) və püşk atmaqla növbə müəyyən etməyin bir eybi yoxdur. Çünki bu yığıncaqlarda bir qadının verdiyi və götürdüyü qızılların sayı eynidir. Deməli, bu məsələdə hansısa bir qumar və faiz motivi yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.