Sual: Quranın Ənam surəsinin 143-144-cü ayələrindəki “8 cüt heyvan” ifadəsi nəyi bildirir? Nə üçün 1 cüt dəvə və yaxud qoyun deyil, 2 cüt deyilir?
Cavab: Həmin ayələrdə işlədilən söz Ərəb dilində zövc (زوج) kəlməsinin cəm forması olan olan əzvac (ازواج)-dır. Bu da bir çox Quran tərcüməsində səhv tərcümə edildiyi kimi “cüt” deyil, “tay” mənası verir. Yəni, orada dişili-erkəkli olmaqla qoyun, keçi, dana və dəvə kimi 4 ayrı heyvandan danışılır. Bu da 4 x 2 = 8 edir. Əgər 8 cüt olsa idi, bu, 16 edərdi. Halbuki ayədə belə bir şeydən söhbət getmir.
Biz qeyd etdiyiniz ayələrə belə məna veririk:
“Səkkiz tay; qoyundan iki, keçidən iki. De: “(Allah) iki erkəyi, iki dişini, yoxsa dişilərin bətnindəki balalarımı haram etdi? Əgər düzgün şəxslərsinizsə, bilib danışın.
Dəvədən iki, inək cinsindən iki… De: “(Allah) iki erkəyi, iki dişini, yoxsa dişilərin bətnindəki balalarımı haram etdi? Allah belə buyurduğu vaxt məgər yanında idiniz?” İnsanları bilmədiklərinə görə yoldan azdırmaq üçün Allaha böhtan atandan daha zalım kim ola bilər? Allah zalımlar dəstəsini yola gətirməz.” (Ənam, 6/143-144)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.