Müsəlmanlar
Kişi öldü. Arvadı, 4 oğlu, 3 qızı qaldı. Miras necə bölüşdürülür?

Kişi öldü. Arvadı, 4 oğlu, 3 qızı qaldı. Miras necə bölüşdürülür?

Sual: Mənim atam öldü. Varis kimi biz – ana, 4 qardaş və 3 bacı qaldıq. Atamdan qalan mirası öz aramızda nə cür bölə bilərik?

Cavab: Ölən kişinin arvadı (ananız) mirasın səkkizdə birini özünə götürür. Qalan mal-mülk qız və oğulların arasında pay edilir. Oğlan qızın 2 payı qədər pay alır.

Buna əsasən miras 88 pay kimi qəbul olunur. Bunun səkkizdə biri olan 11 hissə kişinin arvadına (ananız) çatır. Qalan 77 hissə isə belə bölünür:

Hər bir oğul 14, qız uşağı isə 7 hissə alır: 11+14+14+14+14+7+7+7=88.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.