Müsəlmanlar

Qadın təsəttür məqsədilə mütləq niqab taxmalıdır?

Sual: Müsəlman qadınlar hicab geyinərkən üzlərini də mütləq niqab kimi bir şeylə örtməlidirlər? Yoxsa təkcə bədənlərini və saçlarını örtməkləri kifayət edir?

Cavab: Xeyr, bir qadının niqab taxması dinimizdə yoxdur. Allah, qadınların grünən qismi xaric tutulmaq üzrə örtünmələrini əmr etməkdədir. Bu görünən qismlərdən biri də qadının üzüdür. Quranda belə deyilir:

“Bunlardan sonra başqa qadınlar almaq, ya da bunları boşayıb yerlərinə başqaları ilə evlənmək sənə halal olmaz. Gözəllikləri xoşuna gəlsə belə…” (Əhzab, 33/52)

Bir insan ancaq üzünü gördüyü qadının gözəlliyindən xoşhal olur. Buna görə də yuxarıdakı ayə qadının üzünün görülməsinin mümkün olduğunu bildirir. ((Baxın: Əbu Bəkr əl-Cəssas, Əhkamu-l-Quran, Kitabu-l-Ərəbi mətbəəsi, Beyrut, hicri 1335-ci il, 3-cü cild, s. 316.))

Bir gün xəlifə Ömər xütbədə dedi ki, diqqətli olun, qadınların mehrlərini artırmayın. Bu sözü eşidən yanaqları qaralı-qırmızılı bir qadın belə dedi:

“Ey Ömər, bu sənin öz sözündür, yoxsa peyğəmbərdən (s. a. v.) belə bir şey eşitmisən? Biz Allahın kitabında (Quran) sənin dediyinin əksini görürük. Çünki Allah belə buyurur:

Əgər bir arvadı boşayıb yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın qızıl vermiş olsanız belə, heç bir şey geri almayın!” (Nisa, 4/20)

Xəlifə Ömər bu sözlərdən sonra karıxdı və belə dedi:

“Hamı Ömərdən daha düşüncəlidir. Evlərindəki qadınlar belə.”

Bu əhvalatda deyilir ki, həmin qadının üzü qaramtıl-qırmızı idi. Deməli, onun üzü örtülü deyildi.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/836.html

http://www.muselmanlar.com/fitvalar/geyim-kecim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.