Sual: Deyilənə görə tort, badambura, halva, xəngəl, qutab, düşbərə, xəşil, quymaq və sairə kimi un məmulatları və xəmir xörəkləri sağlamlığa ziyandır. Mən bunları bişirib satıram. Camaat alıb yeyir. Belə etdikdə başqalarının haqqını tapdamış oluram?
Cavab: Qeyd etdiyiniz şeylərin hamısı HALAL şeylərdir. Bunlar mütləq mənada insanın sağlamlığına zərərli deyil!
Amma hədd-hüdud tanımadan çox yemək insanı narahat edir. Hər şey belədir. Suyu da lazım olandan artıq içmək ziyandır.
Əgər hazırladığınız məmulat və xörəklərə haram olan bir şey (donuz əti və içki kimi) bir şey qatmırsınızsa, dini cəhətdən bir problem yoxdur.
Buna oxşar sual və cavablarla tanış olmaq üçün bu keçidlərə baxın:
http://www.muselmanlar.com/fitvalar/1951.html
http://www.muselmanlar.com/fitvalar/3688.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.