Sual: Mənim 125 qram qızılım var. Məlumdur ki, 85 qram qızıl nisab miqdarı deməkdir. 85 qrama 2 qram zəkat düşür. Bəs qalan 40 qrama necə? Onun da zəkatını vermək lazımdır?
Cavab: Zəkatı hesablayarkən əlinizdəki bütün qızılları nəzərə almalısınız. Yəni, 125 qram qızılın hamısını hesablamaq lazımdır.
125 qram qızılın zəkatı (qırxda biri, 2,5 %-i) 3,12 qram edir. Bu, verməli olduğunuz zəkat miqdarıdır.
Nəticə etibarilə nisab miqdarı olan 85 qram ilə ondan çox olan miqdarı ayrı-ayrı hesablamağa ehtiyac yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.