Müsəlmanlar

Pul il ərzində artıb azalır. Zəkatını necə hesablayaq?

Sual: Bilirəm ki, hazırkı pulumun üstündən 1 il keçdikdə zəkat verməliyəm. Axı bu məbləğ 1 il ərzində artıb azalır. Belə olan halda, zəkatını nə cür hesablaya bilərəm?

Cavab: Zəkat illik bir ibadətdir. Hər il bir dəfə hesablanır. Növbəti il eyni aya qədər təzədən hesablamağa ehtiyac yoxdur. İl kimi də qəməri il əsas götürülür. Bu, 354 gündən ibarətdir.

Buna görə də hər il zəkat vermək üçün müəyyən etdiyiniz bir vaxt olmalıdır. Bu, birinci dəfə zəkat verdiyiniz vaxtdır. O tarix sizin üçün ilin axırı hesab olunur. Həmin tarixdə zəkat düşən pul, mal, qızıl, gümüş və sairə kimi şeylərdən borclarınızı çıxın, alacaqlarınızı da hesablayın. Əlinizdə qalanın 2,5 %-ini zəkat kimi verin. Beləcə, “hansının üstündən 1 il keçib, hansından keçməyib?”, – deyib fikirləşməyinizə ehtiyac qalmaz.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3847.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.