Müsəlmanlar
Şirkət və firmaların zəkatı necə hesablanır?

Şirkət və firmaların zəkatı necə hesablanır?

Sual: Bizim bir firmamız var. Qadın geyimləri istehsal edirik. Müxtəlif dəzgah, maşın, firmaya məxsus olan daşınmaz əmlakımız və hal-hazırda işləyən 100 nəfər əməkdaşımız var. Bəzi xidmətlərimizin müqabilində hələ də pul alırıq. Gəlir bölüşdürülmür. Şəriklər ancaq firmadan maaş alırlar. Zəkat vermək istəyirik. Bunu necə hesablamalıyıq? Bir də ki, şəriklərin maaşını da zəkata daxil etmək lazımdır, yoxsa yox?

Cavab: Bu məsələdə əsas qaydalar aşağıdakı kimidir:

Zəkatı hesabladığınız vaxt maaşları nəzərə almayın. Çünki maaşlar ayrı-ayrı şəxslərin özlərinə aiddir. Firmanızın dövr edən sərmayə və mülklərini hesablayın və borclarınızı bundan çıxın. Əgər artıq qalan bir şey olsa, onun qırxda birini (2,5 %) zəkat verin.

Dövr edən mal-mülk emal edilmiş və yarı istehsal halında olan mallar və alacaqlardır.

Borclara isə vergilər də olmaqla, bütün borclar daxildir.

Firmanızın inventarı və satış üçün deyil, qida və enerji kimi istehlak üçün nəzərdə tutulan malları da zəkat hesablamasına daxil edilməməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.