Müsəlmanlar
Sahibkarların əlindəki çeklərə zəkat düşür?

Sahibkarların əlindəki çeklərə zəkat düşür?

Sual: Mən sahibkarlıqla məşğul oluram. Mal alıb satıram. Məndən mal alanlardan bəzən nağd pul, bəzən də çek alıram. Al-verin qanunu budur. Hal-hazırda əlimdə çoxlu çek var. Bunlara zəkat düşür? Düşürsə (üstündən keçən vaxtı), nəyə əsasən hesablayıb vermək lazımdır?

Cavab: Çeklərin zəkatını digər mallarınızın zəkatı ilə birgə verməlisiniz. Ancaq çekləri pula çevirdiyiniz gündən etibarən keçmişə məxsus olaraq da verə bilərsiniz. Misal üçün, əlinizdə 2 il vədəli bir çekiniz varsa, 2 ildən sonra onu pula çevirib 2 illik zəkatını verməyiniz də mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.