Müsəlmanlar

Fitrəni dini sahədə fəaliyyət göstərən fondlara vermək olar?

Sual: Fitrəni öz ehtiyaclarını ödəsinlər deyə, İslam dini ilə əlaqədar işlər görən fond və təşkilatlara vermək olar?

Cavab: Allah belə buyurur:

“Sayılı günlərdə (Orucu məlum günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. (Bəqərə, 2/184)

Muhəmməd peyğəmbərdən (s. a. v.) bununla əlaqədar olaraq rəvayət edilən hədislər var. Həmin hədislərdən biri belədir:

“Peyğəmbər fitrəni oruc tutanın mənasız və pis hərəkətlərdən təmizlənməyi üçün və möhtaclara bir tikə (loxma) olsun deyə, vacib etmişdir”. ((Əbu Davud, Zəkat, 17; İbn Macə, Zəkat, 21.))

Yuxarıdakı ayə və hədisdən məlum olur ki, fitrə bir yoxsulu doyuracaq qədər qidadır. Odur ki, öz ehtiyaclarını ödəsinlər deyə, fond və təşkilatlara fitrə verməyiniz düz deyil.

Ancaq haqqında danışdığınız təşkilatlar yığdıqları fitrələri həqiqətən də, kasıblara çatdırırlarsa, o vaxt fitrənizi onlara da verə bilərsiniz. Bu bir etibar məsələsidir və sizin şəxsi qərarınızdan asılıdır. Biz ümumi qaydalardan danışırıq (heç kəsin işinə qarışmırıq).

Bizim fikrimizcə, bu işin düzgünü fitrəni kasıbın özünə verməkdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.