Müsəlmanlar
1 fitrəni bölüb 3-4 kasıba vermək olar?

1 fitrəni bölüb 3-4 kasıba vermək olar?

Sual: Məlumdur ki, Ramazan ayında fitrə veririk. Elə isə 1 fitrə pulunu bölüb 3-4 kasıba paylasaq, olar?

Cavab: Allah belə buyurur:

“Sayılı günlərdə (Orucu məlum günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. (Bəqərə, 2/184)

Bu ayədə söhbət bir kasıbı doyurmaqdan gedir. Əgər siz 1 fitrəni bir neçə yerə bölsəniz, nəticədə heç bir kasıb doymayacaq. Odur ki, Allahın əmr etdiyi kimi, fitrəni ancaq bir nəfərə vermək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.