Sual: Zəkatda nisab miqdarı məsələsində müəyyən fərqlər var. Misal üçün, qızılla iri buynuzlu mal-qaranın arasında qiymət baxımından çox fərq var. 30 inəyin qiyməti təqribən 30-40 min manatdır. 85 qram qızılın qiyməti isə təxminən 3500 manatdır. Sizcə bu hal normaldır? Zəkatda nisab miqdarı məsələsi təzədən nizamlana bilməz?
Cavab: Qızıl və gümüş puldur. Həmişə tədavüldə olmalıdır. Bu məhsullar nə qədər çox dövr etsə, o qədər çox insanın işi həll olur. Əgər 100 qram qızıl 1 ayda 100 ələ keçsə, 10 kq qızılın gördüyü işi görər.
İnsan bu qızılı saxlayıb tədavülə çıxartmaya bilər. Tədavülə buraxılmayan pulun heç kimə xeyri yoxdur.
Zəkat ibadəti isə pulu bazara çıxartmaq kimi bir məcburiyyət gətirir.
İri və xırda buynuzlu mal-qara belə deyil. Onlara həmişə baxmaq lazımdır. Dünyanın ən xəsis adamı belə, o heyvanların süd, qatıq, pendir, yağ və ətini satır. Çünki o digər insanların da həmin heyvanlardan istifadə etməyinə şərait yaratmalıdır və özünün də buna ehtiyacı var. Beləcə, insanlar ehtiyacları olan mal və məhsulların bir hissəsini əldə edə bilirlər. Məhz buna görə ilin 6 ayından çox çöldə otlayıb qidalana bilməyən heyvanın zəkatı olmur.
Bu sistemi hazırkı həvəsləndirmələrə oxşatmaq da mümkündür. Belə ki, indiki dövrdə heyvandarlıq və kənd təsərrüfatı ən çox dəstəklənən sahələrdir. Amma pulu yastığın altında gizlətməyi heç kim dəstəkləmir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.