Sual: Mən bir nəfər tanıyıram. Birjada oynayırdı. Hər şeyini uduzub müflis hala gəldi. Borca düşdü. Belə bir (borclu) adama zəkat vermək olar?
Cavab: Allah zəkat verilə bilənləri belə bildirir:
“Zəkatlar (انما الصدقات) Allahdan bir fərz (vacib) olaraq fəqirlərə, miskinlərə, onu yığan məmurlara, ürəkləri İslama qızdırılanlara verilir. Qullar, borclular, Allah yolunda olanlar və yolda qalanlar üçün sərf edilir (xərclənir). Allah biləndir; doğru və yerində qərar verəndir” (Tövbə, 9/60).
Ayədən də məlum olur ki, borclulara zəkat vermək olar. Borcun hansı səbəbdən irəli gəldiyinin bir əhəmiyyəti yoxdur.
Nəticə olaraq, sualınızda qeyd etdiyiniz adama zəkat verə bilərsiniz.
Yeri gəlmişkən, birja ilə əlaqədar məlumatı da buradan oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3397.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.