Müsəlmanlar

Ginekoloji baxış orucu pozur?

Sual: Məlumdur ki, indi Ramazan ayındayıq və müsəlmanlar olaraq oruc tuturuq. Görəsən, oruclu ola-ola qadın həkiminə gedib ginekoloji müayinədən keçmək orucu pozur?

Cavab: Orucu pozan şeylər bir şey yemək-içmək və cinsi əlaqədə olmaqdır. Əgər ginekoloji baxış zamanı qadın heç bir dərman içməyibsə, orucu pozulmur.

Eləcə də, bu müayinə vaxtı həkim tərəfindən (bəzi hallarda) qadının cinsiyyət üzvünə (vagina) daxil edilən tibbi alət (misal üçün, spekulum) oruca heç bir təsir göstərmir. Bunun orucu pozduğuna dair deyilənlərin hamısı əsassızdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı QISA yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2281.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.