Müsəlmanlar
Orucluqda ağızda mixək qalmağının eybi var?

Orucluqda ağızda mixək qalmağının eybi var?

Sual: Mən namaz qılıb oruc tutan bir adamam. Orucluqda səhur yeməyində tox saxladığı üçün xaş və kəlləpaça (başayaq) kimi xörəklər yeyirəm. Təbii ki, sarımsaqlı su ilə. Sonra səhər tezdən işə gedirəm. İctimai nəqliyyatdan istifadə edirəm. Sarımsağın iyi camaatı narahat eləməsin deyə, ağzıma 1-2 dənə mixək atıram. Görəsən, orucum buna görə pozulur?

Cavab: Oruc nəsə yemək-içmək və cinsi əlaqədə olmaqla pozulur. Bəqərə surəsinin 187-ci ayəsində deyilir ki, bunlar Allahın qoyduğu sərhədlərdir, onlara yaxınlaşmayın.

Ağızda mixək saxlamaq da bir növ o sərhədlərə yaxınlaşmaq deməkdir. Çünki tüpürcəyə qarışıb boğazdan aşağı gedə bilər. Məhz bu səbəbə görə yaxşı olar ki, bundan uzaq durasınız.

Əlavə olaraq, ağızda yaranan naxoş iyin qarşısını almaq üçün misvak işlətmək daha münasibdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.