Müsəlmanlar
İçkini orucluqdan nə qədər qabaq tərgitmək lazımdır?

İçkini orucluqdan nə qədər qabaq tərgitmək lazımdır?

Sual: Mən içki içirəm. Ancaq Ramazan ayında içmirəm. Oruc tuturam. Bilmək istəyirəm ki, Ramazan ayından əvvəl içkini konkret olaraq nə vaxt tərgitmək lazımdır?

Cavab: Hər şeydən əvvəl bir daha qeyd edək ki, Maidə surəsinin 90-91-ci ayələrində açıq-aydın qaydada belə bir hökm var: Müsəlman sərxoşluq verən içkilərdən uzaq durmalıdır. Bir sözlə, içki Ramazanda da haramdır, başqa aylarda da.

Bununla belə, içki içməyin günah olduğunu bildiyi halda, özünə hakim ola bilməyib içki içən və namaz qılıb oruc tutanlar da ola bilər. Sualınıza əsasən siz də belə adamlardan birisiniz.

İçki içmək haramdır. İnsan haram bir iş gördüyünə görə Allahın əmrlərindən uzaq qala bilməz. Əksinə, bu əmrləri yerinə yetirmək haramlardan uzaqlaşmaq məsələsində onun işini asanlaşdırır.

Nəticə olaraq, içkidən nə qədər tez uzaqlaşsanız, o qədər yaxşı olar.

Oxşar bir sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3669.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.