Sual: Yaddaş pozğunluğu olan bir nəfər tanışım var. Oruc tutmağa niyyət edir amma bir neçə dəqiqədən sonra oruc tutduğunu yaddan çıxardır. Kimsə bunu ona xatırlatsa, orucu yenə bir neçə dəqiqə çəkir. Onda yaddaş pozğunluğu xəstəliyi var. Belə bir adam oruc tutmalıdır, yoxsa yox?
Cavab: Sualınızdan belə məlum olur ki, bu şəxs oruc tuta bilmir. Odur ki, ona oruc tutduğunu xatırlatmağa ehtiyac yoxdur.
Əlavə olaraq, oruclu olduğu halda yaddan çıxardaraq bir şey yemək-içməklə əlaqədar bir hədis var:
“Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu pozmayıb tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. (Buxari, Savm (oruc), 26; Müslim, Siyam, 33/1155)
Burada başqa bir məsələ də var. Belə ki, Allah Təala xəstə olanlara Ramazan ayında oruc tutmamaq icazəsi verib. Əgər sağalsalar, tuta bilmədikləri qədər orucu başqa vaxtlarda tutmalıdırlar. Əgər bu da mümkün deyilsə, bilinməlidir ki, Allah heç kəsi gücünün çatdığından artıq bir şeyə görə cavabdeh hesab etmir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.