Müsəlmanlar

Başqasının əvəzinə oruc tutmaq olar?

Sual: Üzrlü yaxud üzrsüz səbəblərdən oruc tutmayan bir şəxs öz yerinə başqa bir şəxsə oruc tutdura bilər? Ya da belə bir şəxs oruc tuta bilmədiyi günlərin yerinə fidyə verə bilər?

Cavab: Xeyr. Heç kim bir başqası naminə heç bir feili ibadəti yerinə yetirə bilməz. Qurani Kərimdə Oruc ibadəti barədə belə buyurur: “Sizdən kim bu aya yetişirsə, onu oruclu keçirsin…” (Bəqərə, 185)

Oruc elə bir ibadətdir ki, onu məhz insanın özü yerinə yetirməlidir. Odur ki, heç kim öz yerinə başqasına oruc tutdura bilməz. Fidyə isə oruc qəza edildikdən sonra yoxsullara verilməli olan maddi bir yardımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.