Müsəlmanlar
Susuz atılan dərmanlar orucu pozur?

Susuz atılan dərmanlar orucu pozur?

Sual: Mənim bir xəstəliyim var. Gündə 2 dərman udmalıyam. Ancaq oruc da tutmaq istəyirəm. Həmin dərmanları susuz udsam, olar? Ümumiyyətlə su içmədən qəbul olunan tabletka orucu pozur?

Cavab: Susuz olsa da, dərman içmək orucu pozur. Orucla əlaqədar Quran ayələrinə baxdıqda məlum olur ki, xəstə olanlar oruc tutmaya bilərlər. Yaxşılaşdıqdan sonra tuta bilərlər. Siz də belə edin. Əgər həkimin göstərişinə əsasən dərman içməlisinizsə, için. Oruc tutmayın. İnşallah sağaldıqdan sonra tutarsınız.

Allah belə buyurur:

“Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. (Bəqərə, 2/184)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.