Sual: Mən hal-hazırda orucluyam. Üstümə ətir, dezodorant və odekolon kimi şeylərdən vursam, orucum pozular? Axı bunların iyi burnuma gəlir. Bir də ətir vurub namaz qılmağın bir eybi var?
Cavab: Odekolon, dezodorant və yaxud ətir vurmaq və iyləmək yemək-içmək qəbilindən bir şey deyil. Bu, cinsi əlaqə də deyil. Yəni, orucu pozan amillərdən biri deyil. Ona görə də belə şeylər orucu pozmur.
Bununla belə, Allah orucla əlaqədar ayələrin axırında: “Bunlar Allahın hədləridir. Onlara yaxınlaşmayın”, – deyir. Odur ki, oruc tutduqda bunlardan uzaq durmaq daha münasibdir.
Özünüzə ətir vurub namaz qılmağınızın isə heç bir eybi yoxdur.
Sualınızla əlaqədar olaraq bu yazıya da nəzər salın:
http://www.muselmanlar.com/fitvalar/3585.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.