Müsəlmanlar

Qəsdən oruc tutmamağın cəzası nədir?

Sual: Ramazan ayında heç bir üzrlü səbəb olmadığı halda, oruc tutmamağın hökmü nədir?

Cavab: Bir müsəlmanın xəstəlik və yaxud səfər üstündə olmaq xaricində üzrlü bir səbəbi yoxdursa, oruc tutmamağı haramdır. Bu hərəkət Allaha üsyandır.

Qəsdən oruc tutmayan bir nəfərin tutmadığı orucları qəza etməyi lazım deyil. Çünki Bəqərə surəsinin 184-185-ci ayələrində deyilir ki, təkcə xəstə və səfərdə olanlar Ramazanda oruc tutmamaqları halında onu sonra qəza edə bilərlər.

Belə bir şəxs səhv hərəkətinə görə Allaha çoxlu dua etməli və bağışlanmağını diləməlidir. Və bir də belə bir iş tutmamalıdır.

Oruc barədə ətraflı məlumata aşağıdakı linkdən baxa bilərsiz:

Oruc: ümumi məlumat

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.