Müsəlmanlar
Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur?

Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur?

Sual: Quranın Zuxruf surəsinin 61-ci ayəsi kimdən bəhs edir? Orada haqqında danışılan İsa peyğəmbərdir?

Cavab: Qeyd etdiyiniz ayədə təbii ki, İsa peyğəmbər nəzərdə tutulur: O, həmin saat – Qiyamətdə təzədən diriliş üçün həqiqi bir elmdir (əlamət). Əsla şübhəyə düşməyin və Mənə tabe olun. ((Ayənin Azərbaycan dilinə tam tərcüməsi belədir: Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!))

İsa peyğəmbərin atasız olaraq dünyaya gəlməyi indiki dövrdə aparılan kök hüceyrə tədqiqatları üçün olduqca mühüm bir elmdir. Əslində həmin sahə ilə məşğul olanlar bu məsələyə xüsusi diqqət yetirsələr, geniş bir perspektiv qazanarlar.

İnsanlar bir məsələni başa düşməkdə çətinlik çəkirlər: Öldükdən sonra dirilmək necə baş verəcək? Bəli, torpaq analıq edə bilər, bəs ata kim olacaq?

İsa peyğəmbər dünyaya atasız gəlib. Deməli, bu, ata olmadan da mümkündür. Hazırkı tədqiqatlar da onu göstərir. Körpə ata olmadan da doğula bilir.

Təzədən dirilməyin elmi də bu qaydada üzə çıxardıla bilər. Biz bunu bəzən dərslərdə də deyirik; əslində metafizika deyilən bir elm yoxdur. Əgər biz bu məsələlərə Qurani-Kərimə əsasən yanaşsaq, bu dünyada ola-ola axirət haqqında sənədli film çəkə bilərik! Çünki Quran ayələri bizə çox aydın və qəti məlumatlar verir, hər şeyi izah edir.

Ancaq biz təbii ki, Qurandan uzaqlaşdıqca çox yazıq insanlar halına gəlirik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.