Sual: Oruc tutan bir nəfər dənizə girib üzsə, orucu pozulur?
Cavab: Xeyr, üzmək orucu pozmur. Hovuz, dəniz, göl və çay olmağının mətləbə dəxli yoxdur. Çimmək də pozmur.
Bu halda ağız və burundan bədənə su getsə, oruc pozulur. İnsan çimdiyi vaxt buna diqqət yetirə bilər amma suda üzdüyü vaxt o qədər də ehtiyatlı olmaya bilər. Ona görə də bundan çəkinmək lazımdır.
http://www.muselmanlar.com/fitvalar/2310.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.