Sual: Bir adam oruc tutub. Gedib lotereya oynasa, orucu pozular?
Cavab: İslamda bəxt oyunları oynamaq haramdır. Çünki hamısı qumardır. Amma bu oyunları oynamaq orucu pozmur.
Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir hədis rəvayət edilir:
“Oruc tutan elə insanlar var ki, onların qazancları təkcə ac-susuz qalmaqdır”. (İbn Macə, Siyam, 21)
Oruc tutub Allahın əmrini yerinə yetirən insan Onun qəti surətdə qadağan etdiyi şeylərdən də uzaq durmalıdır.
Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/751.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.