Müsəlmanlar

Ramazan ayında gecələr ər-arvad münasibətinə icazə var?

Sual: Ramazan ayında orucu açdıqdan (iftar) sonra ər-arvad arasında cinsi əlaqəyə icazə verilir? Yoxsa bu günahdır?

Cavab: Cinsi əlaqədə olmaq Ramazan ayında oruclu olduqda, yəni, imsak vaxtından iftar vaxtına qədər qadağandır. İftardan sonra isə imsak vaxtına qədər (qadın aybaşı halında deyilsə) ər-arvadın cinsi əlaqədə olmağı azaddır. Bunu bildirən Quran ayəsi aşağıdakı kimidir:

Orucluq gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz. Allah sizin üçün nə yazıbsa, onu axtarın…”. (Bəqərə, 2/187)

Buna oxşar qısa bir sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/2493.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.