Müsəlmanlar

Sünnət olmaq

Sual: Sünnət olmaq İslam adət-ənənəsidir? Müsəlmanlığı böyük vaxtı qəbul edən bir adama özünü sünnət etdirməsi üçün təzyiq göstərmək olarmı? O mütləq sünnət olmalıdır? Sünnət olmağın İslam baxımından hökmü nədir?

Cavab: Sünnət olmaq müsəlman olmağın bir şərti deyil. Buradan da belə bir nəticə çıxır ki, müsəlmanlığı böyük vaxtı qəbul edən kişilər özlərini sünnət etdirməkləri şərt deyil. Lakin, etdirsələr daha yaxşı bir iş görmüş olarlar. Yaddan çıxarılmamalıdır ki, İbrahim peyğəmbər 80 yaşında sünnət olub. Beləliklə, özləri sünnət olunmaq istəməyən şəxsləri sünnət üçün məcbur etmək olmaz.

Sünnət olmaq insanın fitrəti baxımından lazımdır. İlk dəfə İbrahim peyğəmbər sünnət olub. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də fitri sünnələri sadaladığı vaxt ilk olaraq sünnət olmaqdan bəhs edib. Fitri sünnələrdən birinci sünnət olmağın adını çəkib. Dövrümüzdə aparılan tibbi tədqiqatlar nəticəsində də sübut edilib ki, sünnətsiz kişilərlə evli olan qadınlarda uşaqlıq yolu xərçəngi xəstəliyinə sünnət olmuş kişilərlə evli olan qadınlardakından çox təsadüf edilir. İbrahim peyğəmbərdən qalan bu fitri sünnə, başqa sözlə, sünnət olunmaq neçə əsrlərdir ki, müsəlmanların adət-ənənəsi halını alıb.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.