Sual: Məndə 20 min manat pul var. Bunun zəkatını vermək istəyirəm. Ancaq hesablaya bilmirəm. Bu məbləğdən nə qədər zəkat verilməlidir?
Cavab: Zəkat nisbəti qırxda bir, yəni, 2,5 %-dir. Elə isə 20000 manatın 2,5 %-i 500 manat edir. Bu halda siz 500 manat zəkat verməlisiniz.