Sual: Bir kişi ölür. Ondan 2 qız, 2 oğlan və əvvəllər ölən oğlunun uşaqları (nəvələri) qalır. Həmin adamın qoyub getdiyi mirası varislərin arasında nə cür bölmək lazımdır? Ata ya da anadan yetim qalan uşaqlar babalarının mirasından pay ala bilərlərmi?
Cavab: Bu məsələdə miras 8 pay olaraq hesablanmalıdır. Ölən kişinin hər bir qızı 1 pay (2 qız uşağı 2 pay), sağ olan 2 oğlunun hər biri 2 hissə (ümumilikdə 2+2=4 pay), qabaqlar ölən oğulun sağ qalan uşaqları (ölən kişinin nəvələri) da 2 hissəni almalıdırlar.
Əgər nəvələrin arasında həm qız, həm də oğlan uşaqları varsa, onlara düşən paydan oğlanlar 2, qızlar 1 hissə almalıdırlar. Burada nəvələrin əmi və ya bibiləri ilə mirasdan məhrum edildiklərinə dair bir dəlil yoxdur.
Quranda mirasla əlaqədar ayədə: “Allah uşaqlarınızın haqqında mirasdan oğlan uşağının 2 qız uşağı payı qədər almağını əmr edir”, – deyilir (Nisa, 4/11). Odur ki, ata və ya anaları əvvəllər ölən nəvələr də ayədə nəzərdə tutulan uşaqlara daxildirlər.
Əlavə olaraq, Quranın bir çox ayəsində müsəlmanlara yetimlərlə əlaqədar xəbərdarlıq edilir:
“Yetimlərin malını haqsız yerə yeyənlər ancaq və ancaq öz qarınları dolduraraq od (atəş) yeyirlər. Onsuz da onlar dəhşətli bir atəşə girəcəklər”. (Nisa, 4/10)
Təəssüf ki, din xadimlərinin bir qismi, bu ayəyə müxalifət edərək, yetim uşaqların babadan qalan mirasına haqq tanımırlar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.