ŞİRK VƏ KÜFR
Şirk Allaha xas olan bəzi xüsusiyyətləri başqa varlıqlara da şamil edərək onlara tanrıya məxsus olan xüsusiyyət vermək deməkdir. Bu mövzu yuxarıda qeyd edilmişdi. Aşağıda daha geniş izahatlar veriləcəkdir.
Küfr kafirlik deməkdir. Sözün kökü “kufr” və “kufur” olub, “örtmək və görməməzlik etmək” mənasına gəlir. Edilən yaxşılıqları sanki görməyən kəsə ərəb dilində kafir, Azərbaycan (tərc.) dilində isə nankor deyilir. Allahın varlığı açıq həqiqət olduğu halda əksər insanlar onu nəzərə almadan həyatlarını davam etdirirlər. Allahı nəzərə alanların əksəriyyəti Allahla olan əlaqələrini vasitəçilərin köməyi ilə davam etdirdiklərinə görə Onu bu çərçivə daxilində nəzərə alırlar.
Kafir və müşrik sözləri eyni şeyin iki fərqli üzünü göstərir. Yəni hər kafir müşrik və hər müşrik kafirdir. Uca Allah belə buyurur:
لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ اَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنْفَكِّينَ حَتَّى تَاْتِيَهُمُ الْبَيِّنَةُ (1) رَسُولٌ مِنَ اللَّهِ يَتْلُوا صُحُفًا مُطَهَّرَةً (2) فِيهَا كُتُبٌ قَيِّمَةٌ (3)
“Əhli-kitabdan və müşriklərdən kafir olanlar onlara həqiqətləri izah edən biri gələnə qədər ayrılan deyildirlər. O, Allahın tərtəmiz səhifələrini onlara oxuyan elçisidir. Həmin səhifələrdə qəti və doğrü hökmlər vardır” (“Bəyyinə” surəsi, 98/2-3)
Ayədə qeyd edilən “الْمُشْرِكِينَ = müşriklər” sözü ərəb dili qaydasına görə “mərifə”dir. Müəyyən müşrik təbəqəsi, yəni əhli-kitabdan başqa qalan müşrikləri bildirir. Bu heç də əhli kitabın müşrik olmadığını göstərmir. Çünki onların arasında kafir olanların müşrik olduğunu göstərən ayələr vardır.
Uca Allah belə buyurur:
اِتَّخَذُوا اَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ اَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا اُمِرُوا اِلَّا لِيَعْبُدُوا اِلَهًا وَاحِدًا لَا اِلَهَ اِلَّا هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ (31)
“Alimlərini və din adamlarını, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha qul olmaları əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah onların şirkindən uzaqdır!” (“Tövbə” surəsi, 9/31)
Hər cəmiyyətin keçmişində bir peyğəmbər var. Uca Allah belə buyurur:
اِنَّا اَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَاِنْ مِنْ اُمَّةٍ اِلَّا خَلَا فِيهَا نَذِيرٌ (24)
“Ey Muhəmməd! Səni o haqqı (Quranı) müjdə verən və xəbərdar edən olaraq göndərdik. Hər ümmətin keçmişində bir xəbərdar edənmnütləq vardır!” (“Fatir” surəsi, 35/24). Məkkə cəmiyyətinin keçmişində İbrahim və İsmayıl peyğəmbərlər vardı. Qureyşlilər İbrahimin nəslindən olduqlarına görə öyünür ((İbn Hişam, “Sirətun-Nəbi”, M. Muhyiddin Abdulhamidin təhqiqi ilə, Beyrut, 1401/1981, c. I, 216.)) , ondan qalan həcc və umrə ibadətlərini mütəmadi şəkildə yerinə yetirirdilər. Lakin əllərində ona aid ilahi kitab yox idi. Buna görə də onlar əhli kitab sayılmırdılar. Yəhudilərin keçmişində Musa əleyhissəlamla birlikdə bir çox peyğəmbərlər gəlmiş və onlardan qalan Tövrat var idi. Xristianların keçmişində isə İsa peyğəmbər və əllərində İncil vardı. Bu səbəbdən onlar əhli-kitab sayılıblar.
Tövrat və İncilin orijinallığı qoruna bilməmişdir. Lakin əsas mövzularda Quranla ortaq hökmləri vardır. Buna görə də Quran onları bu əsas məqamlara dəvət edir. Uca Allah belə buyurur:
قُلْ يَااَهْلَ الْكِتَابِ تَعَالَوْا اِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ اَلَّا نَعْبُدَ اِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيًْا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا اَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَاِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِاَنَّا مُسْلِمُونَ (64)
“Söylə: “Ey kitab əhli! Sizə görə də bizə görə də doğru olan bu sözdə birləşək: “Allahdan başqasına qul olmayaq. Ona heş bir şeyi şərik qoşmayaq. Heç birimiz Allah ilə öz arasına bir-birimizi qoyaraq rəbblər qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “Şahid olun ki, biz, həqiqətən, biz təslim təslim olanlarıq!” (“Ali-İmran” surəsi, 3/64).
Məkkəli müşriklərin və digərlərinin əlində belə bir mətn olmadığına görə onlara ağılları ilə düşünüb, əldə etdikləri bilgilərdən istifadə etmək məsləhət görülmüşdür. Uca Allah belə buyurur:
وَهَذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الْاَيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ (126)
“Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etdik.” (“Ənam” surəsi, 6/126)
وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا (115)
“Hər kəs özünə doğru yol aşkar olandan sonra elçidən üz döndərib inananlardan qeyrisinin yoluna uyarsa, onun istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (“Nisa” surəsi, 4/115)
Bəzi yəhudi və xristianların Tövrat və İncil kimi ilahi kitablara malik olmaları onların müşrik olmalarına mane ola bilməmişdir. Əsas olan ilahi kitaba sahib olmaq deyil, ona tabe olmaqdır. Əlində Quran olan, hətta onu əzbərləyən və onun elmi ilə məşğul olan bir çox müsəlmanların şirkə düşdüyünü görürük.
Allaha tam güvənmək və Ona qeyd-şərtsiz təslim olmaq imanın ən mühüm göstəricisidir. Lakin insanların əksəriyyəti Allaha qarşı öz şərtlərini irəli sürürlər. Bəziləri şərtlərini özləri müəyyən edir, bəziləri isə dəyişdirilmiş bir dinin və ya təriqətin irəli sürdüyü şərtləri özlərinə daha münasib hesab edirlər. Özünü, yaxud başqasını Allaha qarşı şərt irəli sürəcək səviyyədə görən kəs onu həmin mövzuda Allaha bərabər tutmuş və tanrı qəbul etmiş olur. Lakin onlar çətin vəziyyətə düşdükləri zaman irəli sürdükləri bütün şərtləri unudur və səmimi şəkildə Allaha üz tuturlar. Uca Allah belə buyurur:
وَاِذَا مَسَّكُمُ الضُّرُّ فِى الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ اِلَّا اِيَّاهُ فَلَمَّا نَجَّيكُمْ اِلَى الْبَرِّ اَعْرَضْتُمْ وَكَانَ الْاِنْسَانُ كَفُورًا (67)
“Dənizdə bir çətinlik üz versə, yardıma çağırdığınız hər kəs yox olur, təkcə Allah qalır. Allah sizi xilas edib quruya çıxartdıqda üz döndərirsiniz. İnsan edilən yaxşılığı görməz!” (“İsra” surəsi, 17/67).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.