Sual: Katolik əqidəsinə əsasən keşiş kimdir? Keşişliyin mənbəyi nədir? Keşişin nə kimi səlahiyyətləri var?
Cavab: Rahib və ya kahin adlandırılan keşişlər katoliklərin fikrincə, “Allahla bağlı mövzularda insanları təmsil etmək üçün təyin olunurlar ((İbranilərə məktub, 5/1.)) və yepiskopların rəhbərliyi altında olan Yepiskopluq bölgəsində vəzifələrini yerinə yetirirlər. ((Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf 877. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir.))
Keşişliyin mənbəyi şəxsən Məsihin özüdür. Keşişliyi o qurdu, ona səlahiyyət, missiya, istiqamət və güc verdi. ((Eyni əsər, paraqraf 878.))
Beləliklə, keşiş şəxsi səlahiyyəti ilə insanlara: “Səni Atanın adından vəftiz edirəm, səni bağışlayıram”, – deyə bilər.
Qriqoriy gənc bir keşiş olarkən belə yazmışdı: “Keşiş həqiqətin müdafiəçisidir. Mələklərlə birlikdə ayaq üstdə dayanır, baş mələklərlə birlikdə şükür edir, mehrab üzərində qurbanlar təqdim edir. Həmçinin Məsihin rahibliyinə qoşulur, yaradılanı yenidən formalaşdırır, yaradılanı Tanrı surətinə yenidən qovuşdurur, o biri dünya üçün yaradılanı yenidən yaradır, ən əsası isə özü tanrılaşdığı kimi tanrılaşdırır da”. ((Paraqraf 1589.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.