Müsəlmanlar
Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar?

Həcc ziyarətini müxtəlif səbəblərlə gecikdirmək olar?

Sual: Müxtəlif səbəblərlə (uşağımı oxutmalıyam, qoy əsgərliyə gedib gəlsin, qızımı köçürüm, əşi qoy hələ bir pensiyaya çıxım və sairə) Həcc ibadətini gecikdirməyin hökmü nədir?

Cavab: Belə olmaz. Əlbəttə ki, uşaqları oxutmaq, böyüdüb boya-başa çatdırmaq lazımdır. Bu, valideynin borcudur. Amma Həcc ibadətinin yerinə yetirmək də bir borcdur. İmkan yarandıqda getmək lazımdır. Bir sözlə, gücü çatan – imkanı olan müsəlman bu ibadəti yerinə yetirməlidir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1794.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.