Müsəlmanlar
Naziat surəsinin 29-cu ayəsindəki gün nə deməkdir?

Naziat surəsinin 29-cu ayəsindəki gün nə deməkdir?

Sual: Professor Abdulaziz Bayındır Bəqərə surəsinin 29-cu ayəsinə çox gözəl məna verib. O dərsə 5-6 dəfə qulaq asdım. Amma nəşr etdiyiniz “30-cu cüzün məalı” adlı kitabda (Naziat surəsinin tərcüməsi) bir ziddiyyət gördüm. Əvvəllər deyirdiniz ki, gün məfhumu gizlidir. Çünki hələ yaradılmayıb. Naziat surəsinin 29-cu ayəsinə isə belə məna vermisiniz: “Göyün gecəsini qaranlıqlaşdırdı, gündüzün də işığını çıxartdı”. Məgər biz müşahidə edə bildiyimiz kainatın indiki mənada 6 gündə formalaşdığını deyə bilmərik? Allah eyni surənin 30-cu ayəsində yer üzünün bundan sonra döşəndiyini bildirir.

Cavab: Quranın bəzi ayələrindəki 6 gün göylərin və yerin yaradılmasından əvvəl başlayan və yaradılması ilə tamamlanan (başa çatan) 6 gündür. Başqa sözlə desək, o gün dünyanın öz oxu ətrafında bir dəfə dönməsi ilə yaranan gündən fərqlidir.

“Göyün gecəsini qaranlıqlaşdırdı və gündüzün də işığını çıxartdı. Yeri bundan sonra döşədi” (Naziat, 79/29-30) ayələri isə göylərin və dünyanın yaradılmasının başa çatmasından sonrakı günü göstərir. Bu ayələrdəki gün bu dəqiqə bizim başa düşdüyümüz gündür. Dərslərimizdə aradakı fərqə xüsusi fikir veririk.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3005.html

http://www.muselmanlar.com/fitvalar/3642.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.