Sual: Kəlam məzhəblərindən olan Mötəzilə, Cəbriyyə, Əşariyyə və Maturidiyyənin hansı Qurana daha müvafiqdir?
Cavab: Şəxsən mən bu məsələni çox araşdırdım. Ancaq ən münasibini hələ “tapa” bilməmişəm.
Məzhəblərin Qurandan uzaqlaşmağı Hənəfi, Maliki, Şafei və Hənbəli məzhəbləri ilə məhdudlaşmır. Bu hal bütün məzhəblərdə müşahidə olunur.
Bununla belə, bu məsələdə belə bir məqam da var: Həmin məzhəblərin səhv üzərində ittifaq etməyi mümkün deyil. Başqa cür desək, o məzhəblər bu cür formalaşa bilməz.
Amma indi elə vəziyyət yaradılıb ki, məzhəblərin səhvlərdə bir araya cəm olduğunu görmək olur. Halbuki, belə bir şey olmamalıdır. Belə çıxır ki, kimsə bu işə bir əl atıb, aranı qarışdırıb. Kimlərsə müəyyən səbəblərlə bir sıra heyətlər qurub və müəyyən mübahisəli məsələləri sanki o məzhəblərin fikri imiş kimi təqdim edib. Ümid edirik ki, tarix alimləri bunların əsl səbəbini üzə çıxardarlar.
Bütün bunları qeyd etdikdən sonra deyə bilərik ki, bu gün bizim əlimizdə olan mənbələrdə tamamilə Qurana müvafiq olan məzhəb yoxdur. İstər əməli məzhəb olsun, istərsə də kəlami məzhəb.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.